Reklam verin!

Milli blogum və e-savaş

Yazar: Müntəzir @ İyul 22, 2007 15:24

Əvvəla blogumda hamınızı salamlayıram, xoş gəlmisiniz. Azərbaycan internet məkanında ilk milli blog sistemi olan "AzeriBlog"un ərsəyə gəlməsi münasibətiylə bütün internet istifadəçilərimizi təbrik edirəm. İnanın ki, sevincimin həddi-hüdüdü yoxdur, ona görə də hər birinizlə adambaşı bir kilo paylaşmaq istəyirəm. Tongue out

 

Amma blogcular, zarafat bir yana bu cür layihələrin internet məkanımıza qazandırdığı müsbət keyfiyyətlərin sayı-hesabı yoxdur. Bunun üçün biz Azərbaycan internet istifadəçiləri olaraq üzərimizə böyük bir vəzifə düşür. O da bundan ibarətdir ki, başqa xarici, yad bloglarda blog açıb, istifadə edən dostlarımızı milli bloglara cəlb eləyək. Qoy gəlib öz geniş imkanlara layiq blogumuzda yazsınlar, dilimizin inkişafında öz əməklərini sərf etsinlər. Bununla da dünya internet məkanında Azərbaycan olaraq sözümüzü deməyə nail ola bilərik. Düşünün dünyada neçə milyon azərbaycanlı var və onların neçə faizi internet istifadə edir? Əksryyəti ya rus bloglarında, ya ingilis, ya da fars bloglarında öz əməklərini sərf edirlər. Adı da olur farsın, ingilisin, rusun. Azərbaycan resursu olaraq bizə qalan nə olur? Heç nə! Əməyimizin boşa xərclənməməsi üçün səy göstərək və tanıdığımız, bildiyimiz insanlara bu blog barədə məlumat verək və blogun geniş imkanlarından istifadə edərək ana dilimizin internet məkanında yayılmasına şərait yaradaq! Haydi e-savaşa, blogcularım!


1
CHOL ADAMI yazıb:

Salam ay Hebib,

Seni de xosh gorduk azeribloqda. inshallah yene maraqli yazilarin olar, biz de oxuyub sevinerik. sherhin uchun cox sagh ol.
Vallah, duzunu desem kusmemishem "bizimki"den indi de oxuyuram, hercende daha sherh yazmaga elim gelmir. ancaq bu dogrudur ki, "bizimki"nin ideya-meqsed istiqameti ile menim anladigim ve qebul etdiyim bir az ust-uste dushmur. Amma ve lakin...bu menim ne "bizimki"ye aciq etmeyime, ne de qelbiqaraligima sebeb olub. Bir az gozlediyim kimi olmadigini etiraf edirem. Ancaq bununla dunya dagilmaz ve ne senin, ne de "bizimki"nin deyeri menim ucun cizma-qaralarimin orda olub-olmamasiyla olchulmur. Mene onemli olan, senin o olkede bash verenlere susmaman, yazib-pozmaq isteyenlere sherait yaratmaq cehdlerindir. Bu da gozeldir.
Nese...sene ugurlarsmile

CHOL ADAMI

İyul 23, 2007 21:25

2
Olmaz yazıb:

Hebib, ade, taxtabiti kimi bura da geldin? Indi burani da zibilleyeceysen? ADE BESDI DE! SENIN ISHIN GUCUN YOXDU E!

İyul 24, 2007 20:31

3

Ağsaqqal əmi (Olmaz), tərbiyənə merinos kəsim sənin. Bu blog ki, görürsən mənim əməyim sayəsindədir, qadası. İndi bildin işim nədən ibarətdir? Uğurlar! smile

P.S. Chol Adami, sənə cavab yazıcıyam inşallah, başım blogun işlərinə qarışıb.

İyul 24, 2007 20:47

4

Ay əleykə salam, qonşu. Necəsən? grin
Bilirsən mənim bir az küsməyə, acıqlı olmağa əlim gəlmiree. Elə bir xüsusiyyətim yoxdur amma küsənlərə də pis baxmıram. Hərçənd sən küsmədiyini deyirsən. Amma ədəbiyyatda səmimi adamları sevirəm. Bilirəm mənim sevgim səninçün hər hansı əhəmiyyət də kəsb etməyə bilər, bu da öz yerində smile
Mən sənə deyirəm ki, "Bizimki" Həbibin şəxsi mülkiyyəti deyil və heç zaman olmayıb da. Mən saytı qurmuşam və idarə də edirəm hal-hazırda amma sırf texniki cəhətini, belədə isə hər zaman Redaksiya Heyəti olub, indiki kimi. Sadəcə bəzi şeylər o qədər də bəsit deyil. „Bizimki“ virtual məkanda həyata keçirtdiyimiz və orda yazanların heç biri ilə real tanış olmadığımız bir layihədir. Göndərilən əsərlər Redaksiya Heyəti üçün xoş və ya naxoş ola bilər, bunu saytda biruzə verməməyə çalışırıq. Amma bəzi istisna yazılar var ki, onlarda məcbur qalıb jurnalın qanunlarına uyuruq. Bu belə.
O ki, qaldı sənə, sənin fikir, düşüncə, tənqid və şərhlərin „Bizimki“lər üçün dəyərlidir. Şəxsən mən bunu təqdirəlayiq hesab edir və alqışlayıram.

İyul 24, 2007 22:08

5
Agsaqqal Emi yazıb:

Hebib, inanmayacaqsan, amma deyim.

5 gundur, ish uchun qonaq var, Bakidan. Her defe ofisde olanda emailin yoxlayir. DUnen de yoxlayib. Mene sonra dedi ki, yeni sayta devetname alib, girib baxib. Adresi dedi mene. Elqerez.

Herchendi menim IP-m idi, yazini men yazmamisham. Sene "hormetin" uchun chox saghol ki, MENI bilib MENE yazmisan smile Amma HORMETIN uchun chox sagh ol ki, BELE yazmisan.

Sene de ugurlar.

İyul 25, 2007 15:57

6
ÇÖL ADAMI yazıb:

Həbib,
xoş söz və jurnal haqqında əlavə məlumat üçün təşəkkürlər. Ancaq nə deyim, məndən demək səndən inanıb-inanmamaq. Mənim küsmədiyimə inanmaya bilərsən təbii ki. Bununla belə, hər halda yazdığım yazılar əgər jurnalın ideyası və s. və ia ilə uyğun gəlmirsə, daha ora yazı göndərməməyim əlbəttə normaldır. Məncə bunu küsmək kimi anlamağa ehtiyac yoxdur.
Yeri gəlmişkən əsas sayta bəlkə bir axtarış sistemi yerləşdirəsiz, həm də ordan bloqları və bloq daxilindəki sözləri axtarmaq mümkün olsun?

İyul 31, 2007 4:08

7

Çöl Adamı, küsməməyinə inanıram. Sadəcə deməyim odur ki, biz gərək müasir ədəbiyyatı öz əsərlərimizlə, tənqidlərimizlə, təkliflərimizlə boş qoymayaq. Sənin yazdığın bütün yazılar məgər qadınlıq pərdəsi ilə bəzədilib ki? smile İnanmıram hamısı elə olsun. İçində jurnalda yer ala biləcək yazılar da var. Məsələn, mənim də elə yazılarım, şeirlərim var ki, o jurnalda gedə bilməz və yerləşdirmirəm də. Bu o demək deyil ki, Həbib Müntəzir orda ola bilməz. Yəqin məni anladın.

Saytda axtarış məsələsinə gəlinəcə isə, bu barədə düşünürük. İnşallah yaxın zamanda yerləşdirilər. Təşəkkürlər!

Avqust 2, 2007 16:08

8
artyazar yazıb:

rolleyes
Köhnə e-dostuma virtual sevgil'r ve real salamlar...

www.xariciedebiyyat.azeriblog.com

xoşuna gəlmir, e-qağa!

Bəs niyə ora baş vurmursan?

wink

Dekabr 14, 2007 19:40



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



AddThis Feed Button
Add to Technorati Favorites